Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Prezident İlham Əliyev
2020-02-12 10:00
Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib. Azərbaycanda sərmayə mühiti də olduqca münbitdir. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bu enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxış edən Prezidenti İlham Əliyev azad olunmuş ərazilərdə master-plan üzrə nəhəng su, günəş və külək potensialından istifadə edərək layihələrin icra ediləcəyini də bildirib. Bu baxımdan xarici şirkətləri tərəfdaş olmağa dəvət edib.
Nərgiz camal