Azərbaycanın sərbəst və qadın güləşçiləri Kiyevdə beynəlxalq turnirə qatılacaqlar
2021-02-25 12:01
Azərbaycanın sərbəst və qadın güləşçiləri Kiyevdə beynəlxalq turnirə qatılacaqlar. Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarış sabah başlayacaq. Turnirdə sərbəst güləş millisinin 12 üzvü çıxış edəcək. Fevralın 28-dək davam edəcək yarışda qadınlardan ibarət millimiz isə 9 güləşçiylə qüvvəsini sınayacaq.
Vəfa Şairova