Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb
2020-12-15 18:09
Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb. Ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 9 idmançımız təmsil edəcək. Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək. Onlar mübarizəyə sabah qoşulacaqlar. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
Fərid Mehdiyev