Azərbaycanın sərbəst güləş üzrə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir
2021-05-25 18:10
Azərbaycanın sərbəst güləş üzrə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir. Yığma Mahaçqalada təlim-məşq toplanışı keçir. Dağıstanda yerli güləşçilərlə birgə təşkil olunan hazırlıq prosesində Hacı Əliyev, Hacımurad Hacıyev və Şərif Şərifov iştirak edir. Komanda 8 - 13 iyunda Polşanın paytaxtı Varşavada keçiriləcək "Poland Open" turnirinin startınadək Mahaçqalada məşqləri davam etdirəcək.
Nərgiz camal