Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 3,4 milyard dollara çatıb

2019-10-10 14:03

Azərbaycanın sənaye zonalarında 82 rezident fəaliyyət göstərir. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, indiyə qədər bu rezidentlər ölkə iqtisadiyyatına 3,4 milyard ABŞ dolları investisiya yatırıb, 11 min yeni iş yeri yaradıb. Sənaye zonalarına investisiya qoyuluşu 3,4 milyard dollara çatıb.

Ruhəngiz Hacızadə