Azərbaycanın Rusiyadakı səfiri Rusiya Dövlət Dumasının sədrinə Konstantin Zatulinlə bağlı məktub göndərib
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təxribatçı bəyanatları ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib. Səfir məktubda Dövlət Duması sədrinin diqqətini deputat Zatulinin növbəti çirkin hərəkətinə çəkib. Zatulin artıq fəaliyyət göstərməyən “DQR”in “Müstəqillik günü” münasibətilə bu il sentyabrın 2-də “təbriklər” dərc edib.
Zülfiyyə Telmanqızı