Azərbaycanın Rus İcması Ermənistanın təxribatlarını pisləyib
2020-10-13 17:04
Azərbaycanın Rus İcması Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə əlaqədar bəyanatla çıxış edib. "Azərbaycanın etnik rus əhalisi olaraq Ermənistan rəhbərliyinin münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik. Rus icması beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə və öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırır”, -deyə bəyanatda bildirilib.
Nərgiz Camal