Azərbaycanın mülki əhalisinin Ermənistan ərazisindən atəşə tutulması barədə faktlar beynəlxalq təşkilatlara təqdim ediləcək
2020-10-05 15:05
Azərbaycan tərəfində Azərbaycanın mülki əhalisi və infrastruktur obyektlərinin məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən raket atəşinə tutması barədə tutarlı faktlar var. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir ki, bütün dəlillər yerli və xarici mütəxəssislərin, o cümlədən yerlərdə olan xarici jurnalistlərin iştirakı ilə toplanaraq, müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.
Nərgiz Camal