Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Pençe-Kilit” antiterror əməliyyatında türk ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı Türkiyəli həmkarı Yaşar Gülerə başsağlığı verib. "Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət, yaralılara Tanrıdan şəfa diləyirəm" - deyə başsağlığında vurğulanıb.
Nərgiz Camalzadə