Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb - Dövlət başçısı
2021-06-16 18:00
Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Bu sözləri Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, son aylar ərzində bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciətlər daxil olub. "Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik".
Vüsalə camal