Azərbaycanın Kahramanmaraşda tikinti aparması ilə bağlı saziş təsdiqlənib
Azərbaycan Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib. Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq. Sənəd 2 il müddətinə qüvvədə qalacaq.
Nərgiz Camalzadə