Azərbaycanın inkişaf strategiyasının BMT-nin müəyyən etdiyi strategiyaya uyğunlaşdırılması prosesi gedir
2020-01-16 18:00
"Azərbaycanın inkişaf strategiyasının BMT-nin müəyyən etdiyi strategiyaya uyğunlaşdırılması prosesi gedir". Bu barədə Milli Əlaqələndirmə Şurasının Sədri, Baş nazirinin müavini Əli Əhmədov, BMT-nin 2021-2025-ci illər üçün təşkilatla Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq barədə sənədlərə dair keçirilən seminarda deyib. Görülən işlərin nəticəsi olaraq, Azərbaycan regionda ilk ölkə kimi 2017 və 2019-cu illərdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində iki Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edib.
Fərid Mehdiyev