"Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq - Prezident İlham Əliyev bildirib

2020-12-17 16:00

"Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik". Bunu Əfqanıstanın ölkəmizdə yeni təyin olunan səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edən Prezident İlham Əliyev bildirib. "Şəhər və kəndlərimiz viran edilib. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır", - deyə qeyd edən dövlət başçısı Əfqanıstanın Azərbaycana dəstəyindən də söz açıb. Səfir Amanullah Ceyhun Azərbaycan və Əfqanıstan münasibətlərinin uzun tarixə malik olduğunu, Azərbaycanın böyük uğurlara imza atdığını, regional bağlılıq baxımından vacib ölkəyə çevrildiyini bildirib.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik