Canlı
Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı tarix bilinib

2018-03-13 / 10:08

Azərbaycanın "Azerspace-2/Intelsat" 38 ikinci geostasionar peykinin buraxılışı aprelin 30-a planlaşdırılıb. Trend-in məlumatıan görə, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan "Ariane 5 ECA" raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq. "Azerspace-2/Intelsat 38"in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

Vəfa Şairova