Azərbaycanın idman gimnastı Bakıda keçirilən və final mərhələləri koronavirusa görə baş tutmayan Dünya Kubokunda bürünc medal qazanıb
2020-04-10 18:07
Azərbaycanın idman gimnastı Mariya Nekrasova Bakıda keçirilən və final mərhələləri koronavirusa görə baş tutmayan Dünya Kubokunda bürünc medal qazanıb. İdmançı təsnifat yarışında dayaqla tullanmada üçüncü yeri tutub.Beynəlxalq Gimnastika Federasiyası Dünya Kubokunda seçmə mərhələnin nəticələrinin yekun hesab olunması barədə qərar çıxarıb.
Fərid Mehdiyev