Azərbaycanın humanitar yardımının ikinci hissəsi Ukraynaya yola salınıb
Elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib. Yükə elektrik kabelləri və naqilləri, transformator və komplekt transformator məntəqələri daxildir. 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıtdan yola salınıb. Ümumi dəyəri 7.6 milyon ABŞ dollar olan yardımın növbəti hissələri yaxın günlərdə göndəriləcək.
Lalə Nəsib