Azərbaycanın həvəskar boks üzrə üçqat dünya çempionu debüt edəcəyi tarix müəyyənləşib

2019-09-11 16:35

Azərbaycanın həvəskar boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki debüt edəcəyi tarix müəyyənləşib. 33 yaşlı olimpiya mükafatçısı sentyabrın 13-də, yerli vaxtla saat 17-də ilk döyüşünə çıxacaq. ABŞ-nın Nyu-York şəhərində baş tutacaq qarşılaşmada Məcidov Ed Fonteynlə üz-üzə gələcək. Döyüşlər Bakı vaxtı sentyabrın 14-də, gecə saat 01-də başlayacaq.

Vüsalə Camal