Canlı
Azərbaycanın daha bir gəmisi beynəlxalq sularda üzəcək

2018-10-11 / 17:59

Bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq. Məlumata görə, artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”-a gedəcək.

Vüsalə Camal