Azərbaycanın dağ xizəkçisi İlya Kostov Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edə bilər
2021-01-07 18:00
Azərbaycanın dağ xizəkçisi İlya Kostov Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edə bilər. Bolqarıstan əsilli 17 yaşlı idmançının məşqçisi Martin Fornarinin sözlərinə görə, olimpiadaya lisenziya qazanmaq üçün Kostov əvvəlcə təcrübə toplamaq üçün yarışacaq. İlk 2 yarış Fransada baş tutacaq. Kostovun 10 - 13 yanvarda İtaliyanın San-Pelleqrino kommunasında keçiriləcək yarışda daha bir şansı olacaq". Hələlik 4 - 20 fevralda keçiriləcək Pekin-2022 Qış Olimpiya Oyunlarına Azərbaycanın 2 fiqurlu konkisürəni lisenziya qazanıb.
Vüsalə camal