Canlı
Azərbaycanın dövlət sərhədini pozan Suriya vətəndaşı saxlanılıb

2018-03-08 / 12:27

Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İrandan Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub. Axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılıb, onun Suriya vətəndaşı 28 yaşlı Tahir Əli Əbdülsalam oğlu olduğu müəyyənləşdirilib.

Vəfa Şairova