Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb
Son bir həftədə Azərbaycanın dövlət qurumlarının informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların sayı artıb. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov deyib.Onun sözlərinə görə, hücumlar əsasən DDoS formasında həyata keçirilir, həmçinin dövlət informasiya sistemlərinə və əməkdaşların elektron poçt hesablarına müdaxilə cəhdləri qeydə alınır. Hücumların məqsədi elektron xidmətlərin fəaliyyətini pozmaqdır. Dövlət Xidməti hücumların qarşısını almaq üçün tədbirlər görür.
20 oktyabr 2026

