Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi
Xorvatiyada keçirilən boks üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycanın daha dörd təmsilçisi 1/4 finala yüksəlib.Bilalhəbaşi Nəzərov, Zidan Hünbətov, Məhəmmədəli Aşırəliyev və Nicat Alırzayev mərhələ adlayıblar.39 ölkədən 276 idmançının qatıldığı Avropa çempionatı noyabrın 24-də başa çatacaq.
19 noyabr 2026

