Canlı
Azərbaycanın cüdo üzrə yığması Avropa kubokundan medalla qayıdıb

2018-04-16 / 12:10

Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. Ölkəmizi Rusiya və Yaponiya qabaqlayıb. Avropa kubokunda qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparıb.

Ruhəngiz Hacızadə