Azərbaycanın bu şanlı zəfəri bu gün respublikamızın dörd bir yanında böyük coşqu və sevgi ilə qeyd olunur
2020-11-10 10:04
Bu qələbə, Azərbaycanın bu şanlı zəfəri bu gün respublikamızın dörd bir yanında böyük coşqu və sevgi ilə qeyd olunur. O cümlədən də tarixin sınağından çıxmış, Cavad xan yurdu Gəncədə. O Gəncəki bu Vətən müharibəsində bir neçə dəfə mənfur ermənilərin iyrənc təxribatlarına məruz qaldı, dinc sakinləri düşmən atəşinin hədəfi oldu, amma məğrur dayandı. Bir neçə dəfə raket səsinə oyanan Gəncə bu gecə şanlı Qələbənin coşqusunun səsinə ayıldı. Qələbənin elan olunduğu ilk anlardan şəhər sakinləri bu sevinci birgə bayram etmək üçün küçələrə axışıblar, sevinclərini bütün qəlbləri ilə bölüşürlər.
Nərgiz Camal