Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi işə başlayacaq
2021-12-23 14:00
"Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bizimlə bölüşə bilər". Bunu Xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanlı həmkarı Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin işə başlaması ilə mövcud əlaqələr daha da genişlənəcək.
Nərgiz camal