Canlı
Azərbaycanın boks yığmalarının yeni çalışdırıcıları bəlli olub

Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib. Ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub. Nəriman Abdullayev isə bu komandada yenə böyük məşqçi vəzifəsində qalacaq. Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək. Qadınlardan ibarət millimiz isə Elbrus Rzayevin başçılığı altında çıxışını davam etdirəcək.

Fərid Mehdizadə