Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində paylaşım edib

2020-10-11 18:03

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir ki, Gəncəyə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən bir sıra rayonlara 548 mərmi atılıb. "Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram" - deyən birinci vitse-prezident Ermənistanın Moskvada əldə edilən razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirdiyinə diqqət çəkib. Bununla da Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir. "Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!" - deyə paylaşımda qeyd edilir.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik