Azərbaycanın basketbol millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb
2021-06-06 10:02
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Milli komanda Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburq yığmasına, finalda isə İrlandiya komandasına qalib gəlib. Bununla da Azərbaycan millisi 9-11 sentyabrda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Fərid Mehdiyev