Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib
Beynəlxalq Gimnastika Federasiyası Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyasını təsdiqləyib. Yığma bu uğura Avropa çempionatında 4-cü yeri tutmaqla nail olub. Bu, Azərbaycanın gimnastika millisinin Paris Olimpiadasına əldə etdiyi 3-cü vəsiqə olub. Buna qədər bədii gimnastika üzrə fərdi proqramda Zöhrə Ağamirova və batut gimnastikasında Selcan Mahsudova eyni nailiyyətə imza atıb.
Fərid Mehdiyev