Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO-nun reyestrinə daxil ediləcək
2020-11-25 18:04
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib ki,, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, Ağdam, Fizuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür.
Fərid Mehdiyev