Azərbaycanın ABŞ-dəki səfirliyi beynəlxalq festivalda iştirak edib
Azərbaycanın ABŞ-dəki səfirliyi ənənəvi olaraq hər il keçirilən "Passport DC" "Dünya ətrafında Səfirliklər Turu" beynəlxalq festivalında iştirak edib. Festivalda iştirak edən çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsini, füsunkar təbiətini və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurlarını əks etdirən əyani vəsaitlər təqdim olunub. Xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitablar, müxtəlif nəşrlər nümayiş edilib.
Azad Mustafayev