Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib
WUF13 ərəfəsində Azərbaycanın müxtəlif şəhərlərində festival təşkil olunub.Festivallar Gəncə də daxil olmaqla 9 şəhərdə keçirilib, yekun tədbir isə Bakıda baş tutub.Şəhər festivalları ümumilikdə 115 mindən çox insanı bir araya gətirib. Proqram çərçivəsində ali təhsil müəssisələrində forumun məqsədləri, dayanıqlı şəhərsalma prinsipləri və Azərbaycanın urbanizasiya sahəsində prioritetlərinə dair məlumatlandırma sessiyaları təşkil olunub.Tədbirlərdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ urban həllər və gələcəyin şəhərləri mövzuları təqdim edilib.
14 may 2026

