Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləşçi Georgi Meşvildişvili yarımfinalda bolqarıstanlı rəqibinə qalib gəlib. Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov və Osman Nurmaqomedov, Maqomedxan Maqomedov da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Ümumilikdə idmançılarımız 16 lisenziya qazanıblar.
Vüsalə Cənnətova