Azərbaycanın 5 MMA döyüşçüsü “Landmark 7” turnirində mübarizə aparacaq
Bu gün “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda “Landmark 7” turniri baş tutacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışda Azərbaycanın 5 MMA döyüşçüsü mübarizə aparacaq. Əsas qarşılaşma Vüqar Kərəmov ilə yaponiyalı rəqibi Çihiro Suzuki arasında olacaq. Yarışa saat 17-də start veriləcək.
Lalə Nəsib