Azərbaycanın 5 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək. Açılış günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq. Balabəy Ağayev, Turan Bayramov hər ikisi 60 kq-da, Yaşar Nəcəfov 66 kq, Leyla Əliyeva 48 kq və Gültac Məmmədəliyeva 52 kq çəkidə növbəti mərhələ uğrunda rəqiblərinin müqavimətini qırmağa çalışacaqlar. Millimiz yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.
Nərgiz Camalzadə