Azərbaycanın 4 cüdoçusu ilk gündə medal qazanıb
Cüdoçularımız Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb. Qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan 9 nəfərdən 4-ü - Məhəmməd Musayev, Aydın Rzayev, Nəriman Mirzəyev və Aydan Vəliyeva bürünc mükafata yiyələniblər.
Lalə Nəsib