Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir - Prezident İlham Əliyev
2021-04-13 10:00
Avropa İttifaqı ilə bizim təmaslar müharibədən sonra daha intensiv xarakter alıb. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bildirib ki, münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilib.
Fərid Mehdiyev