Azərbaycanın şahmat yığmaları Avropa çempionatında qələbə qazanıblar
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Qadın şahmatçılarımız isə Almaniya ilə heç-heçə oynayıb. V turdan sonra kişilərdən ibarət milli komanda 6 xalla 9-cu yerdədir. 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandası turnir cədvəlinə başçılıq edir.
Nərgiz Camalzadə