Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər
Azərbaycanın 3 çimərlik güləşçisi Misirin İsgəndəriyyə şəhərində Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər. Sabah təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Oktyabrın 19-da isə qruplarda son turun qarşılaşmaları ilə yanaşı, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər baş tutacaq. Yekunda bütün 5 mərhələdə güləşçilərin topladığı xallar cəm ediləcək və hər çəki üzrə dünya çempionları müəyyənləşəcək.