Azərbaycanın çimərlik güləşçiləri dünya çempionatında 2 qızıl medal qazanıblar
Yunanıstanda çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda ölkəmizi 10 güləşçi təmsil edib. Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb. Mundialda 2 qızıl və 1 bürünc medal qazanıblar.