Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək müğənninin adı açıqlanıb
2021-02-16 14:05
Azərbaycanı İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib. Proses martın 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq. "Avroviziya-2022"-nin yarımfinal mərhələləri mayın 10 və 12-də, finalı isə mayın 14-də baş tutacaq.
Vüsalə camal