Azərbacan və Rusiya xarici işlər naziri üçtərəfli bəyanatların tam icrasının vacibliyi vurğulayıb
2021-06-18 10:12
Ceyhun Bayramov Rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ötən gün baş tutan telefon danışığında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edilib, üçtərəfli bəyanatların tam icrasının vacibliyi vurğulanıb. Müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.
Nərgiz camal