Azər Məmmədov: “Axırıncı qolu vursaydıq, qələbə də qazana bilərdik”

Premyer Liqada VI tura yekun vurulub."Neftçi" "Qəbələ"ni 3:0, "Qarabağ" "Şəfa"nı 1:0, "Turan Tovuz" "Zirə"ni 1:0, "Sabah" "İmişli"ni 3:1, "Şamaxı" isə "Araz-Naxçıvan"ı 2:1 məğlub edib. “Sumqayıt”la 1:1 hesablı heç-heçədən sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov qarşılaşmanı dəyərləndirib. Mütəxəssis bildirib ki, yenidən qurulan komandada stabillik yaratmaq asan deyil. Məmmədov qələbənin əldən çıxmasını hücumların sonlandırılmasındakı problemlə əlaqələndirib:
SİNXRON: Azər Məmmədov - "Kəpəz"in baş məşqçisi: “Biz çalışırdıq ki, bu oyunda qələbə qazanıb xal hesabımızı Sumqayıtdan bir az da artıra bilək. Ancaq bir xal da bizim üçün önəmli xaldır. Xalımızın üstünə xal gəldi.Əlbəttə ki, bu oyuna rəng qatan Gəncə azarkeşlərimizə "çox sağ ol" demək, təşəkkür etmək istəyirəm. Həqiqətən də bizi çox yaxşı şəkildə dəstəklədilər. Öz futbolçularıma da təşəkkür etmək istəyirəm.O sayılmayan qoldan sonra futbolçularda istər-istəməz, düşünürəm ki, bir az psixoloji düşüş yarandı. Hər şeyə rəğmən, sonra bir qol buraxdıq. Buna baxmayaraq, uşaqlar yenidən geri dönüş edib heç-heçə etdilər. Hətta açığını deyim, axırıncı qolu vursaydıq, qələbə də qazana bilərdik”.

21 sentyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik