Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi"
“Kəpəz”in sabiq baş məşqçisi Azər Bağırov Gəncə klubunda işlədiyi dövrdə heç bir təzyiqlə üzləşmədiyini bildirib. Mütəxəssis komandanı çətin vəziyyətdə təhvil aldığını, lakin qarşıya qoyulan məqsədə nail olaraq Premyer Liqada saxladıqlarını deyib. O, Gəncədə keçirdiyi iki ildən məmnun qaldığını, çoxlu dostlar qazandığını və bu dəfə klubdan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
11 iyun 2026

