Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb
2020-08-05 18:06
Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Ümumilikdə ölkəmizdə 3 787 nəfər aktiv koronavirus xəstəsi var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb.
Nərgiz Camal