Azərbaycana gətirilən insulin şprisləri gömrük rüsumundan azad edilir
2020-05-18 12:03
Sabahdan plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad edilir. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 17 aprel 2020-ci il tarixli qərarında əksini tapıb. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Vəfa Şairova