Azərbaycanın sərbəst güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib
2020-02-14 16:07
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib. 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib. İlk hissə rəqibin 8:1 hesablı qələbəsi ilə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.
Vüsalə Camal