Ayxan Hacızadə: “Bu yanaşma ədalətsiz və əsassızdır, hüquqi baxımdan sual yaradır”
Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərarı bizi dərindən təəssüfləndirdi. Bu yanaşma ədalətsiz və əsassızdır, hüquqi baxımdan sual yaradır. Bunu Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə bildirib. 2002-ci ildən etibarən Komitə üzvləri bir neçə dəfə ölkəmizə səfər həyata keçirib. Komitənin tövsiyələri hər zaman nəzərə alınıb. Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir.
Fərid Mehdiyev