Ayxan Hacızadə: "İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, faktları qəbul etməlidir"
Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tviterdə yazıb. "Zaman vacibdir. Reallığa əsaslanan sağlam siyasət yeni faciələrin qarşısını almağa qadirdir. İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, faktları qəbul etməlidir",- deyə paylaşımda qeyd olunub.
Nərgiz Camalzadə