Ayxan Hacızadə Aİ-nin ali komissarının mətbuat katibinə cavab verib
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun ölkəmizlə bağlı səsləndirdiyi fikirlər qərəzli yanaşmanın növbəti göstəricisidir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. "Aİ nümayəndəsinin Azərbaycanın birtərəfli hərbi addımlar atmaqda günahlandırılması qəbuledilməzdir. Bir daha vurğulayırıq ki, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir". Sitatın sonu.
Nərgiz Camalzadə